Gömrükçülər aksiz markasız tütün məmulatı daşınan avtomobili saxlayıb

Gömrükçülər aksiz markasız tütün məmulatı daşınan avtomobili saxlayıb Faktla bağlı araşdırma aparılır
Hadisə
22 Sentyabr , 2016 11:54
Gömrükçülər aksiz markasız tütün məmulatı daşınan avtomobili saxlayıb

Bakı. 22 sentyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə aksiz markası ilə markalanmalı olan məhsulları belə marka olmadan satma və satış məqsədilə saxlama barədə əməliyyat məlumatı daxil olub. 

Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, “HYUNDAİ SONATA” markalı minik avtomobilində aksiz markası ilə markalanmayan külli miqdarda tütün məmulatının olduğu və həmin avtomobilin tütün məmulatını Salyan rayonunun Şorsulu kəndində satmaq məqsədilə Biləsuvar şəhərindən Salyan rayonu istiqamətində aparılacağı bildirilib.

Əməliyyat tədbiri nəticəsində avtomobil saxlanılıb. Ona baxış zamanı yük yerində aksiz markası ilə markalanmayan 32 600 ədəd “Megan”, “Manchester”, “Amore”, “M1” və “Monus” markalı siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi