Gəncədə yol qəzası olub, xəsarət alanlar var - YENİLƏNİB

Gəncədə yol qəzası olub, xəsarət alanlar var - YENİLƏNİB Gəncədə yol qəzası zamanı xəsarət alanların adları məlum olub.
Hadisə
19 Aprel , 2019 16:44
Gəncədə yol qəzası olub, xəsarət alanlar var - YENİLƏNİB

Gəncədə yol qəzası zamanı xəsarət alanların adları məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, bunlar Gəncə şəhər sakini, 1962-ci il təvəllüdlü Samir İsmayılov və onun həyat yoldaşı, 1967-cü il təvəllüdlü Nərminə İsmayılovadır. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Qəza nəticəsində yolda bir müddət tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.


*** 15:38

Gəncə şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xatai prospektində qeydə alınıb. 

İlkin məlumatlara görə, qəza nəticəsində biri uşaq olmaqla bir neçə nəfər xəsarət alıb. 

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıblar. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi