Gəncədə taksi maneəyə çırpılıb, sürücü ağır xəsarət alıb

Gəncədə taksi maneəyə çırpılıb, sürücü ağır xəsarət alıb Yaralı əməliyyat olunub
Hadisə
10 İyun , 2017 04:08
Gəncədə taksi maneəyə çırpılıb, sürücü ağır xəsarət alıb

Gəncə. 10 iyun. REPORT.AZ/ Gəncədə 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakini, taksi fəaliyyəti ilə məşğul olan 1988-ci il təvəllüdlü Əliyev Elçin Füzuli oğlunun idarə etdiyi "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.

Nəticədə sürücü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Həkimlər tərəfindən əməliyyata olunan yaralının vəziyyəti ağırdır.

Fakrla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi