Gəncədə soyğunçuluqla məşğul olan şəxslər saxlanılıblar

Gəncədə soyğunçuluqla məşğul olan şəxslər saxlanılıblar Gəncə. 4 fevral. REPORT.AZ/ Gəncə şəhərində soyğunçuluqla məşğul olan şəxslər saxlanılıblar.
Hadisə
4 Fevral , 2019 14:06
Gəncədə soyğunçuluqla məşğul olan şəxslər saxlanılıblar

Gəncə. 4 fevral. REPORT.AZ/ Gəncə şəhərində soyğunçuluqla məşğul olan şəxslər saxlanılıblar.

Bu barədə "Report"un Qərb bürosuna DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib. 

Belə ki, yanvarın 27-də ayrı-ayrı vaxtlarda Gəncə şəhər sakinləri G.Həsənova və T.Bayramovanın əl çantalarını zor tətbiq etməklə açıq yolla talayaraq onlara qarşı soyğunçuluq edilməsi barədə Gəncə Şəhər Baş Polis İdarəsinə məlumat daxil olub. Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının dərhal həyata keçirdiyi təxrəsalınmaz əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakinlər Emin Həmzəyev, 27 yaşlı Amil Mustafayev və əvvəllər məhkum olunmuşlar 30 yaşlı Ruslan Qasımov, 21 yaşlı Elçin Həmzəyev şübhəli şəxs qismində saxlanılıblar.

İlkin dindirmə zamanı onlar törətdikləri cinayət hadislərini etiraf ediblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi