Gəncədə qaydaları pozan sürücülər məsuliyyətə cəlb olunub

Gəncədə qaydaları pozan sürücülər məsuliyyətə cəlb olunub Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində yol hərəkəti qaydalarını və ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.
Hadisə
9 İyun , 2022 12:19
Gəncədə qaydaları pozan sürücülər məsuliyyətə cəlb olunub

Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində yol hərəkəti qaydalarını və ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan "Report"a verilən məlumata görə, bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə qanunla qadağan edilməsinə baxmayaraq avtomobilə kosntruksiya dəyişikliyi edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub.

Polis əməkdaşları tərəfindən həmin şəxslər barəsində qanunamüvafiq tədbir görülüb. Bundan başqa spirtli içkinin təsiri altında avtomobil idarə edilməsi və baş verə biləcək qəzaların qarşısını almaq məqsədi ilə şəhərin müxtəlif yerlərində monitorinqlər keçirilib.

Monitorinq zamanı Xəyal Muxtarovun narkotik vasitənin təsiri altında avtomobil idarə etməsi məlum olub. Şəxs barəsində qanunamüvafiq tədbir görülüb.

Son xəbərlər

Orphus sistemi