Gəncədə qadını iki avtomobil vuraraq öldürdü
- 06 fevral, 2020
- 05:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Gəncədə yol qəzasında piyadanın ölümü ilə bağlı cinayət işi başlanılıb.
“Report”un xəbərinə görə, hadisə fevralın 5-də, şəhərin Ə.Əliyev prospektində qeydə alınıb.
Belə ki, Mehman Qəhrəmanov idarə etdiyi “Toyota corolla” markalı avtomobili ilə hərəkətdə olan zaman yolu keçmək istəyən piyada, 1965-ci il təvəllüdlü Elminaz Məmmədovanı vurub. Bu zaman qadın zərbənin təsirindən həmin yolda hərəkətdə olan digər sürücü, 1994-cü il təvəllüdlü Nadir Qocayevin avtomobilinə çırpılıb. Nəticədə E.Məmmədova hadisə yerində ölüb.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.