Gəncə şəhərində intihar edən Pərvanə Hüseynova axtarışda olduğu məlum olub
Bu barədə "Report"un Qərb bürosu xəbər verir.
Məlumata görə, özünü 7-ci mərtəbədən ataraq ölən Pərvanə Hüseynova Cinayət Məcəlləsinin 326.2-ci (dənizçinin şəxsiyyət sənədini, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini oğurlama) maddəsi ilə Gəncə şəhər Probasiya Şöbəsi tərəfindən axtarışda olub.
P.Hüseynova əvvəllər də Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə mühakimə edilib və həbsdə olub.
Gəncə şəhərində 9 mərtəbəli binanın 7-ci mərtəbəsindən özünü ataraq ölən qadının şəxsiyyəti dəqiqləşib.
“Report”un Qərb bürosunun məlumatına görə, həmin şəxs Daşkəsən rayon sakini, 1982-ci il təvəllüdlü Pərvanə Maarif qızı Hüseynovadır.
Onun həmin ünvanda kirayədə yaşadığı bildirilir.
Hadisənin başvermə səbəbləri hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Gəncə şəhərində yerli sakin özünü binadan atıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin 3-cü mikrorayon ərazisində qeydə alınıb.
Doqquz mərtəbəli binanın 7-ci mərtəbəsindən özünü atan qadının şəxsiyyəti dəqiqləşdirilir.
Qeyd olunub ki, qadın hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.


