Gəncədə piyadanı avtomobil vurub

Gəncədə piyadanı avtomobil vurub Gəncə. 13 dekabr. REPORT.AZ/ Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
13 Dekabr , 2018 22:25
Gəncədə piyadanı avtomobil vurub

Gəncə. 13 dekabr. REPORT.AZ/ Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhərin Şah İsmayıl Xətai prospektində yerləşən restoranlardan birinin qarşısında yolu qarşı tərəfə keçmək istəyən Oruc Tağıyevi avtomobil vurub.

Yaralı qəzanı törədən sürücü tərəfindən xəstəxanaya aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Bərdədə məktəbli qızı avtomobili vurub.

Son xəbərlər

Orphus sistemi