Bərdədə 13 yaşlı məktəbli qızı avtomobili vurub

Bərdədə 13 yaşlı məktəbli qızı avtomobili vurub Bərdə. 12 dekabr. REPORT.AZ/ Bərdə rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
12 Dekabr , 2018 23:30
Bərdədə 13 yaşlı məktəbli qızı avtomobili vurub

Bərdə. 12 dekabr. REPORT.AZ/ Bərdə rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ bürosunun xəbərinə görə, rayonun Bakı küçəsində yerli sakin Şamxal Abdullayevin idarə etdiyi "Hyundai" markalı avtomobil yolu keçmək istəyən rayon sakini, 2005-ci il təvəllüdlü Əliyeva Şölə Elçin qızını vurub.

Müxtəlif bədən xəsarətləri alan piyada qəza törədən sürücü tərəfindən xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, 13 yaşlı Ş.Əliyeva 7 sinif şagirdidir. Hadisə o, hazırlıqdan çıxıb evə gedərkən baş verib.

Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.

Bundan əvvəl Bakı-Quba yolunda piyadanı maşın vuraraq öldürüb.

Son xəbərlər

Orphus sistemi