Gəncədə orta yaşlı kişi dərmandan zəhərlənib

Gəncədə orta yaşlı kişi dərmandan zəhərlənib Gəncə. 4 sentyabr. REPORT.AZ/ Gəncə şəhərində zəhərlənmə hadisəsi baş verib.
Hadisə
4 Sentyabr , 2018 21:54
Gəncədə orta yaşlı kişi dərmandan zəhərlənib

Gəncə. 4 sentyabr. REPORT.AZ/ Gəncə şəhərində zəhərlənmə hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, 1982-ci il təvəllüdlü yerli sakin Rəşad Talıbov yaşadığı evdə atdığı dərmandan zəhərlənib.

Yaxınları tərəfindən xəstəxanaya yerləşdirilən R.Talıbova həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Yaxınlarının bildirdiyinə görə, onun zəhərlənməsinə qəbul etdiyi dərmanı miqdarından artıq istifadə etməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi