Gəncədə oğurluqla məşğul olan dəstənin iki üzvü zərərsizləşdirilib

Gəncədə oğurluqla məşğul olan dəstənin iki üzvü zərərsizləşdirilib Dəstənin daha bir üzvü müəyyən edilib
Hadisə
7 Noyabr , 2016 12:34
Gəncədə oğurluqla məşğul olan dəstənin iki üzvü zərərsizləşdirilib

Bakı. 7 noyabr. REPORt.AZ/ Gəncə şəhərində oğurluqla məşğul olan dəstənin iki üzvü zərərsizləşdirilib. "Report"un məlumatına görə, şəhər ərazisində ayrı-ayrı vaxtlarda 5 nəfərə məxsus müxtəlif avtomobillərdən dövlət qeydiyyat nişanları, faralar, maqnitofon və təkərlər oğurlanıb. 

Gəncə Şəhər Baş Polis İdarəsi (ŞBPİ) və Kəpəz (Gəncə) Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəhər sakinləri Mehman Əliyev və  Məcid Sultanov tutulub və dəstənin daha bir üzvü müəyyən edilib. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi