Gəncədə mənzildən tapılan meyitin kimliyi məlum olub - YENİLƏNİB 

Gəncədə mənzildən tapılan meyitin kimliyi məlum olub - YENİLƏNİB  Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Hadisə
9 Dekabr , 2023 22:48
Gəncədə mənzildən tapılan meyitin kimliyi məlum olub - YENİLƏNİB 

Gəncə şəhərində yerləşən yataqxanaların birində qadın intihar edib.

"Report"un Qərb bürosunun məlumatına görə, 1989-cu il təvəllüdlü Qəmər Şamilova özünü asıb. İntiharın səbəbləri hələ məlum deyil.

Qeyd edək ki, yaxınları qadından bir neçə gün xəbərsiz olublar.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub və mənzilin qapısı sındırılaraq içəriyə daxil olunub.

Faktla bağlı araşdırma aparılır.

22:26

Gəncədə mənzildə meyit tapılıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

"112" qaynar telefon xəttinə Gəncə şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi