Gəncədə maşını arxaya verən ata öz azyaşlı oğlunu vuraraq öldürüb - YENİLƏNİB
- 21 yanvar, 2018
- 13:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Gəncə. 21 yanvar. REPORT.AZ/ Gəncə şəhərində ata atomobilini arxaya verərkən ehtiyyatsızlıqdan oğlunu vuraraq öldürüb.
"Report"un Qərb bürosu xəbər verir ki, şəhər sakini, 1983-ci il təvəllüdlü İlkin Mehman oğlu Rəhimov həyətində avtomobilini arxaya verərkən ehtiyyatsızlıqdan oğlu, 2011-ci il təvəllüdlü Hüseyn Rəhimzadəni vrub. Nəticədə uşaq ağır bədən xəsarətləri alıb və xəstəxanaya aparılarkən yolda vəfat edib.
***16:24
Gəncə. 21 yanvar. REPORT.AZ/ Gəncə şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
“Report” xəbər verir ki, Şahsevənlər küçəsində maşınını arxaya verən ata bilmədən təqribən 7 yaşlı oğlunu vuraraq ona ağır xəsarət yetirib.
Uşaq xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.