Gəncədə ana 2 aylıq uşağını körpələr evinə verib
- 07 noyabr, 2021
- 15:24
Gəncədə 2 aylıq körpə qız uşağı 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına “Körpələr Evinin” əməkdaşları tərəfindən gətirilib.
Xəstəxandan “Report”un Qərb Mərkəzinə verilən məlumatına görə, körpə müayinədən keçib və hazırda vəziyyəti normaldır:
“O, suni qida alır, hər hansı bir xəstəliyi aşkarlanmayıb. Onun çəkisi 4 kiloqramdan artıqdır, boyu isə 58 santimetrdir. Körpənin “Uşaq Evinə” kimin təhvil verdiyi barədə isə məlumatımız yoxdur” - deyə xəstəxanadan bildirib.
Məlum olub ki, ana qız uşağını körpələr evinə verib.
18:56
Gəncə şəhərində valideynləri tərəfindən atıldığı ehtimal olunan iki aylıq qız uşağı xəstəxanaya yerləşdirilib.
“Report"un Qərb Mərkəzinin məlumatına görə, körpə vətəndaş tərəfindən 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına aparılıb.
Müayinə olunan körpəni hazırda vəziyyəti normaldır. O, süni qida alır, hər hansı bir xəstəliyi yoxdur. Körpənin çəkisi 4 kq-dan artıqdır, boyu 58 santimetrdir.
Vətəndaş tərəfindən xəstəxanaya gətirilən uşağın valideyinləri tərəfindən atıldığı ehtimal olunur.
Faktla bağlı araşdırmalara başlanılıb.