Gəncədə kişi bacısı qızını qaçırdan 20 yaşlı gənci qətlə yetirib

Gəncədə kişi bacısı qızını qaçırdan 20 yaşlı gənci qətlə yetirib Gəncə. 15 sentyabr. REPORT.AZ/ Gəncə şəhərində qətl hadisəsi törədilib.
Hadisə
15 Sentyabr , 2018 20:12
Gəncədə kişi bacısı qızını qaçırdan 20 yaşlı gənci qətlə yetirib

Gəncə. 15 sentyabr. REPORT.AZ/ Gəncə şəhərində qətl hadisəsi törədilib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə qız qaçırtmaq üstündə baş verib.

Belə ki, bir müddət əvvəl Daşkəsən rayon Almalı kənd sakini, 20 yaşlı Asəf İsayev evlənmək məqsədilə Şəmkir rayonundan olan qızı qaçırdaraq Daşkəsən şəhərində yaşayan nənəsigilə aparıb. Daha sonra qızın valideynləri ora gedərək mübahisə ilə qızı geri qaytarıblar. Lakin A.İsayev qızın ailəsinə bir-birilərini istədiklərini bildirərək, onların razılıqlarını almaq istəyib. Amma qarşı tərəf yenə rədd cavabı verib. Asəf İsayev əvəzində qızı yenə qaçırdacağını deyib.

Məsələyə qızın Şəmkir rayonunun Tatarlı kəndindən olan 39 yaşlı dayısı Qasımov Bahadur Əli oğlu qarışıb və oğlana onunla Gəncə şəhərində görüşüb, söhbət etmək istədiyini bildirib.

Nəticədə onlar görüşüblər. B.Qasımov söhbətə gələn A.İsayevi Gəncə şəhəri, Ziya Bünyadov küçəsi, 77 ünvanında yerləşən qardaşına məxsus evə aparıb və orada aralarında mübahisə düşüb. Bu zaman B.Qasımov onun boğazını kəsərək qətlə yetirib. O, daha sonra yaşadığı Şəmkir rayonuna gedib. Bir neçə gündən sonra isə Şəmkir rayon Polis şöbəsinə gedərək törətdiyi cinayəti etiraf edib və könüllü şəkildə təslim olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları A.İsayevin meytini hadisənin qeydə alındığı ünvanda aşkar edərək onu tibbi ekspertizaya təhvil veriblər.

Bu ərəfələrdə öz övladlarından xəbər ala bilməyən A.İsayevin yaxınları onun axtarışında olublar.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi