Gəncədə yanğın olan evdən meyit tapılıb
Hadisə
- 29 mart, 2024
- 15:30
Gəncə şəhəri Vaqif küçəsində yanğın olan fərdi evlərin birindən meyit aşkarlanıb.
"Report"un Qərb bürosunun məlumatına görə, ümumi sahəsi 9 m² olan birmərtəbəli 1 otaqlı evdə 1 ədəd döşək qismən yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 2 yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.
Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Meyitin 1951-ci il təvəllüdlü Tilayi Nasir Yadulla oğlu olduğu müəyyənləşib. Onun ölüm səbəbi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
19:22
"Əhmədli" stansiyasında sərnişin qatar yoluna düşüb
Hadisə19:15
Polşa səfiri Azərbaycan XİN-ə çağırılıb: TVP-nin qərəzli süjetinə etiraz bildirilib
Xarici siyasət19:15
Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 579-a çatıb - YENİLƏNİB-2
Digər ölkələr19:06
Tibb və təhsil işçilərinə güzəştli kredit imkanı – illik 8,5%-dən
Maliyyə19:02
Foto
Qol güləşi üzrə Naxçıvan birinciliyi keçirilib
Fərdi18:41
Özbəkistan Prezidenti ölkəsinin Qoşulmama Hərəkatına sədrliyi dövründəki məqsədləri barədə danışıb
Digər ölkələr18:16
Mirziyoyev: Tələbə qızların sayının artması Özbəkistanda Üçüncü İntibah dövrünün əlamətidir
Digər ölkələr18:08
Özbəkistan Prezidenti: Yeni Daşkənd əsl inkişaf mərkəzinə çevriləcək
Digər ölkələr18:08