Gəncədə bacısını bıçaqlayan şəxsin məhkəməsi başlayır

Gəncədə bacısını bıçaqlayan şəxsin məhkəməsi başlayır Gəncə şəhərində bacısını bıçaqlamaqda təqsirləndirilən Orxan Sarıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
22 Dekabr , 2021 09:52
Gəncədə bacısını bıçaqlayan şəxsin məhkəməsi başlayır

Gəncə şəhərində bacısını bıçaqlamaqda təqsirləndirilən Orxan Sarıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un xəbərinə görə, iş baxılması üçün Gəncə Aöır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Xəqani Səmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası dekabrın 29-na təyin edilib.

Qeyd edək ki, bu il avqustun 13-də Gəncə şəhərinin "Avtozavod" adlanan ərazisində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü O.Sarıyev bacısı, 1992-ci il təvəllüdlü Ayişə Əzizovaya 3 bıçaq zərbəsi vurub.

Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib, onun həyatını xilas etmək mümkün olub.

Daha sonra O.Sarıyev saxlanılıb.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi