Gəncədə baba 3 yaşlı nəvəsini yük maşını ilə vuraraq öldürüb - YENİLƏNİB

Hadisə
  • 28 avqust, 2019
  • 06:40
Gəncədə baba 3 yaşlı nəvəsini yük maşını ilə vuraraq öldürüb - YENİLƏNİB

Gəncə şəhər sakini yük maşınını arxaya verən zaman 3 yaşlı nəvəsini vuraraq öldürüb. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, şəhər sakini, Qasımov Ərəstun yük maşını işə salan zaman ehtiyatsızlıqdan nəvəsi, 2016-cı il təvəllüdlü Ərəstun Nizami oğlu Qasımovu vurub. Ağır bədən xəsarətləri alan uşaq xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


*** 08:49

Gəncə şəhərində baba yük maşını ilə nəvəsini vurub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Yüsif Məmmədəliyev küçəsində qeydə alınıb.

Hadisə yerinə hüquq-mühafizə orqanalrının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralı uşaq "təcili yardım" avtomobili ilə dərhla xəstəxanaya çatdırlıb. Onun vəziyyətinin ağır olduğu bildirib. 

Faktla bağlı araşdırmalara başlanılıb.