Gəncədə avtomobil yolu keçən qadını vuraraq öldürüb - ƏLAVƏ OLUNUB

Gəncədə avtomobil yolu keçən qadını vuraraq öldürüb - ƏLAVƏ OLUNUB Sürücü polis tərəfindən saxlanılıb
Hadisə
8 Avqust , 2017 16:01
Gəncədə avtomobil yolu keçən qadını vuraraq öldürüb - ƏLAVƏ OLUNUB

Gəncə. 8 avqust. REPORT.AZ/ Gəncədə avtomobillə vurulub öldürülən piyadanın şəxsiyyəti məlum olub.

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, yol qəzası nəticəsində ölən şəxs Gəncə şəhər sakini, 1955-ci il təvəllüdlü Yeganə Verdiyevadır. 

Onu Gəncə şəhər sakini, 1950-ci il təvəllüdlü Bəhmən Cabbarov idarə etdiyi "Hyundai" markalı avtomobillə vurub. 


*** 15:28

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı avtomobil hərəkətdə olan zaman yolu keçmək istəyən qadın piyadanı vurub. Təxminən 50-55 yaşlı, hələ şəxsiyyəti müəyyənləşdirilməmiş qadın aldığı xəsarətlər nəticəsində xəstəxanada dünyasını dəyişib.

Sürücü polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, yaralını xəstəxanaya sürücü aparıb.  

Son xəbərlər

Orphus sistemi