Gəncədə təmir olunan avtomobil partlayıb, usta xəsarət alıb

Gəncədə təmir olunan avtomobil partlayıb, usta xəsarət alıb Gəncə. 29 dekabr. REPORT.AZ/ Gəncə şəhərində avtomobilin çənini təmir edən usta yanıq xəsarətləri alıb.
Hadisə
29 Dekabr , 2018 12:03
Gəncədə təmir olunan avtomobil partlayıb, usta xəsarət alıb

Gəncə. 29 dekabr. REPORT.AZ/ Gəncə şəhərində avtomobilin çənini təmir edən usta yanıq xəsarətləri alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, avtomobil ustası olan, 1972-ci il təvəllüdlü İsa Namazov maşın çənini təmir edən zaman anidən partlayış baş verib. Nəticədə İ.Namazov müxtəlif bədən xəsarətləri alıb. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi