Gəncədə ailə münaqişəsində vəfat edən şəxsin ölüm səbəbi məlum oldu - YENİLƏNİB-2

Gəncədə ailə münaqişəsində vəfat edən şəxsin ölüm səbəbi məlum oldu - YENİLƏNİB-2 Gəncə şəhərində yaşlı kişi ailədaxili münaqişə zəminində aldığı yumruq zərbəsindən sonra halı pisləşərək ölüb.
Hadisə
640
13 İyun , 2021 10:55
Gəncədə ailə münaqişəsində vəfat edən şəxsin ölüm səbəbi məlum oldu - YENİLƏNİB-2

Gəncə şəhərində mülk üstə düşən mübahisə zamanı dünyasını dəyişən şəxsin ölüm səbəbinin infarkt olduğu məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, şəhərin Bayan küçəsi 110 ünvanında baş vermiş ailə daxili mübahisə zamanı, 1968-ci il təvəllüdlü Əlixan Cəfərov dünyasını dəyişib. Onun qardaşı ilə mübahisə zəminində öldüyü bildirilsə də, aparılan araşdırmalar nəticəsində ürək xəstəsi olan Ə.Cəfərovun həyəcan və əsəbdən infarkt keçirdiyi məlum olub.

Qeyd edək ki, ailədə mülk üstə mübahisə yaşanıb və məhrumun sərxoş olan qardaşı ilə ailə üzvləri arasında mübahisə yaşanıb.

Faktla bağlı araşdırma davam edir.

01:17

Gəncə şəhərində 58 yaşlı kişinin ölümünə səbəb olan mübahisənin bəzi təfərrüatları məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, şəhərin Bayan küçəsi 110 ünvanında yaşayan 1968-ci il təvəllüdlü Əlixan Cəfərov sərxoş qardaşı ilə mübahisə edib və o, vaxt yumruq və təpik zərbələri alıb. Bundan sonra Ə.Cəfərovun halı pisləşib və yerindəcə dünyasını dəyişib.

Mübahisə zamanı məhrumun övladları, Sərxan və Elxan da üz nahiyəsindən xəsarətlər alıb. Onlara da əmiləri tərəfindən xəsarət yetirildiyi bildirilir.

Qonşuların sözlərinə görə, qardaşlar arasında mübahisə mülk üstündə yaranıb. Onlar əvvəllər də mübahisə ediblər.

Ə.Cəfərovun ölüm səbəbini öyrənilməsi üçün meyiti məhkəmə-tibb ekspertizasına təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

00:29

Gəncə şəhərində yaşlı kişi ailədaxili münaqişə zəminində aldığı yumruq zərbəsindən sonra halı pisləşərək ölüb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Bayan küçəsində qeydə alınıb. Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Əlixan Cəfərov yaxınları ilə yaranmış mübahisə zəminində yumruq zərbəsi alıb. Onun halı pisləşib və oradaca dünyasını dəyişib.

Hadisənin mülk üstə düşən mübahisə zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi