Gəncədə 3 piyadanı avtomobil vurub, birinin vəziyyəti ağırdır

Gəncədə 3 piyadanı avtomobil vurub, birinin vəziyyəti ağırdır Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
17 Mart , 2022 00:24
Gəncədə 3 piyadanı avtomobil vurub, birinin vəziyyəti ağırdır

Gəncə şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, 2002-ci il təvəllüdlü E.Rzayev, 2002-ci il təvəllüdlü P.Musayev və 2003-cü il təvəllüdlü P.Məmmədovu avtomobil vurub.

Hər üç şəxs xəstəxanaya yerləşdirilib.

Ağır xəsarət alan 2002-ci il təvəllüdlü E.Rzayev cərrahiyyə əməliyyatı olub, vəziyyəti ağır olaraq qalır.

Qeyd edək ki, E.Rzayev Gəncə şəhərində fəaliyyət göstərən universitetlərin birinin tələbəsidir. Faktla bağlı araşdırma aparılır.

00:13

Gəncə şəhərində ağır yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, 2002-ci il təvəllüdlü E.Rzayev və daha iki nəfər yolu qarşı tərəfə keçmək istəyən zaman avtomobil vurub. Müxtəlif bədən xəsarətləri alan şəxslər xəstəxanaya yerləşdirilib.

E. Rzayevin vəziyyəti ağırdır.

Qeyd edək ki, E.Rzayev Gəncə şəhərində fəaliyyət göstərən universitetlərin birinin tələbəsidir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi