Gəncədə 27 yaşlı qadını qətlə yetirmiş şəxs istintaqa ifadə verib - FOTO

Gəncədə 27 yaşlı qadını qətlə yetirmiş şəxs istintaqa ifadə verib - FOTO Famil Məmmədov: "Boğazını bıçaqla kəsib öldürdüm"
Hadisə
10 Dekabr , 2016 20:46
Gəncədə 27 yaşlı qadını qətlə yetirmiş şəxs istintaqa ifadə verib - FOTO

Gəncə. 10 dekabr. REPORT.AZ/ Gəncədə 27 yaşlı qadını qətlə yetirən şəxs istintaqa ifadə verib.

"Report"un Qərb bürosunun məlumatına görə, dekabrın 7-də Gəncə şəhər Adil xan Ziyadxanov küçəsi, bina 38, ev 70 də yaşayan 1989-cu il təvəllüdlü Səadət Teyyub qızı Verdiyevanın boğazını kəsərək qətlə yetirmiş Goranboy rayon sakini, 1987-ci il təvəllüdlü Famil Mehman oğlu Məmmədov istintaqa ifadəsində törətdiyi cinayəti etiraf edib.

O, ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini və əməlindən peşman olduğunu bildirib. Həyat yoldaşından boşanan və 2 övlad atası olan F. Məmmədov S.Verdiyeva ilə münasibətlərinin olduğunu və hadisəni Səadətin mobil telefonuna zəng vuran şəxsin kimliyini ondan gizlətdiyi üçün qısqanclıq hissləri keçirərək törətdiyini bildirib. O, qeyd edib ki, bundan əsəbiləşərək qadını döyüb.

"Əsəbləşərək butılkayla onu vurdum, sonra boğmağa başladım. Onu boğarkən əl atıb üzümü çırırdı. Əsəblərim sakitləşmədi, boğazını bıçaqla kəsib öldürdüm. Səadətin öldüyünü gördükdən sonra isə hadisə yerindən getdim.”
Qeyd edək ki, S.Verdiyeva rəsmən subay olsa da, onun da bir ovladı var. F. Məmmədovun onun yaşadığı evə getdiyi gün qadın azyaşlı ovladını qohumunun evinə aparıb. Xatırladaq ki, baş vermiş hadisə ilə bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi