Gədəbəydə iki nəfərin öldüyü qəzaya görə məhkəmə başlayır

Gədəbəydə iki nəfərin öldüyü qəzaya görə məhkəmə başlayır Gədəbəy rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən İsmayıl İsmayılzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
29 Aprel , 2020 17:10
Gədəbəydə iki nəfərin öldüyü qəzaya görə məhkəmə başlayır

Gədəbəy rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən İsmayıl İsmayılzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Nural Əliyevin icraatında olan iş üzrə hazırlıq iclası mayın 5-ə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin dekabrın 31-də Yenikənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü İsmayıl Səyyaf oğlu İsmayılzadənin törətdiyi qəza nəticəsində 1936-cı il təvəllüdlü İsa Fərman oğlu Həsənov, 1975-ci il təvəllüdlü Fərman İsa oğlu Həsənov və 1989-cu il təvəllüdlü Vüsal Əkbər oğlu Verdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəstəxanaya yerləşdirilən yaralılardan iki nəfəri dünyasını dəyişib.

İ.İsmayılzadəyə Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi