Gədəbəydə baş verən qətlin təfərrüatı məlum olub

Gədəbəydə baş verən qətlin təfərrüatı məlum olub Faktla bağlı araşdırma aparılır
Hadisə
6 Oktyabr , 2017 11:10
Gədəbəydə baş verən qətlin təfərrüatı məlum olub

Gədəbəy. 6 oktyabr. REPORT.AZ/ Gədəbəydə baş vermiş qətlin təfərrüatı məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında rayonun Arıxdam kəndində baş verib. 

Kənd sakini, 1988-ci il təvəllüdlü Fariz Kamil oğlu Muxtarov keçmiş qaynatasının evinə gələrək orada 2 il əvvəl boşandığı keçmiş həyat yoldaşı, 1988-ci il təvəllüdlü Mətanət Muxtarovanın boğazını kəsərək onu qətlə yetirib. Daha sonra oradan qaçıb. 

Adının açıqlanmasını istəməyən kənd sakini "Report"un yerli bürosuna bildirib ki, qətlə yetirilən M.Muxtarovanın ailəsi ilə F.Muxtarovun ailəsi arasında əvvəllər də mübahisə yaranıb: "Farizin ailəsi Mətənatəin valideynlərini tez-tez təhdid edir, onları öldürməklə qorxudurdular. Mətanətin ailəsinin maddi durumu zəif olduğundan qızına nisbətən az cehiz vermişdilər. Buna görə də iki ailə arsında mütamadi mübahisələr yaranırdı". 

Kənd sakinlərinin verdiyi məlumata görə, əvvəllər məhkumluq həyatı yaşamış F.Muxtarovun ailəsi kənddə davakar insanlar kimi tanınıb: "Bir ay əvvəl onun atası və qardaşı Şəmkirdən kəndə işləməyə gələn Telman adlı şəxsi qətlə yetiriblər. Səbəbi isə ot yığan Telmanın onlardan əmək haqqını istəməsi olub. Kamal və digər oğlu Rüstəm Telmanla mübahisə edib sonra onu qətlə yetiriblər. K.Muxtarov və R.Muxtarov tutulub". 

Qeyd edək ki, qətlə yetirilən M.Muxtarovanın iki azyaşlı övladı qalıb. 

Gədəbəy Rayon Polis Şöbəsindən verilən məlumata görə, hazırda hadisəni törədən şəxs polis tərəfindən axtarılır və faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi