Gədəbəydə avtomobil dərəyə aşıb, sürücü ağır xəsarət alıb
Hadisə
- 19 mart, 2018
- 04:58
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gədəbəy. 19 mart. REPORT.AZ/ Gədəbəy rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qaraqaya deyilən ərazisində qeydə alınıb.
Rayon sakini, 1994-cü il təvəllüdlü Namazov Samit Nofəl oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq dərəyə yuvarlanıb. Nəticədə avtomobil deformasiyaya uğrayıb. Sürücü hadisə yerinə cəlb edilmiş FHN əməkdaşları tərəfindən avtomobildən çıxarılaraq təcili tibbi yardım biriqadasına təhvil verilib. Ağır xəsarət alan yaralıya ilkin yardım göstərildikdən sonra o, Gəncədəki xəstəxanaların birinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
22:33
Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram
Xarici siyasət
22:31
Foto
Zaqrebdə Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib
Xarici siyasət
22:23
Azərbaycanın Xorvatiyadakı səfiri: Minalardan təmizləmə prosesi beynəlxalq əməkdaşlıq və dəstək tələb edir
Xarici siyasət
22:10
Azərbaycan mətbəxini tanıdan kitab boşnak dilində nəşr olunub
Xarici siyasət
22:07
Foto
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət siyasəti
21:51
Foto
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Sağlamlıq
21:41
Avropa Komissiyası Aİ-yə üzvlüyə namizəd ölkələrin irəliləyişini qiymətləndirib
Digər ölkələr
21:33
Komitə Samvel Karapetyan və daha 8 nəfərin həbsini tələb edib – Yenilənib
Region
21:22
UEFA Avropa Liqasında IV tura bir oyunla start verilib
Futbol