Gədəbəydə polis silahdan ehtiyatsız davranması nəticəsində xəsarət alıb

Hadisə
  • 02 yanvar, 2023
  • 05:42
Gədəbəydə polis silahdan ehtiyatsız davranması nəticəsində xəsarət alıb

Gədəbəy rayonunda Şəmkir Regional Mühafizə şöbəsinin əməkdaşı, polis nəfəri Ülfət Bənnayev tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.

DİN-in mətbuat xidmətindən "Report"a bildirilib ki, hadisə əməkdaşın səhər saatlarında xidmətə çıxmazdan əvvəl tabel silahını təhvil alarkən baş verib.

O, xəstəxanaya yerləşdirilib.

Araşdırmalar davam etdirilir.