Gədəbəydə 2 nəfərin kəsici alətlə xəsarət aldığı hadisənin təfərrüatı məlum olub

Gədəbəydə 2 nəfərin kəsici alətlə xəsarət aldığı hadisənin təfərrüatı məlum olub Gədəbəy rayonunda mübahisə zəminində 2 nəfər bıçaq xəsarəti alıb.
Hadisə
2 Aprel , 2022 19:15
Gədəbəydə 2 nəfərin kəsici alətlə xəsarət aldığı hadisənin təfərrüatı məlum olub

Gədəbəy rayonunun Düzrəsullu kəndində 2 nəfərin xəsarət alması ilə nəticələnən hadisənin təfərrüatları məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, 1982-ci il təvəllüdlü Ə.Rzayev və 1984-cü il təvəllüdlü Z.Bayramov kənd ərazisindəki otlaq sahəsi üstündə düşən mübahisə zəminində xəsarət alıblar.

Belə ki, həmin şəxslərlə kənd sakini, 1971-ci il təvəllüdlü Q.Əhmədov mübahisə zamanı sonuncu onların hər ikisinə kəsici alətlə xəsarətlər yetirib.

Yaralılar xəstəxanaya yerləşdirilib. Ə.Rzayevin vəziyyəti kafi, Z.Bayramovun vəziyyəti isə ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

18:05

Gədəbəy rayonunda 2 nəfər bıçaq xəsarəti alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Düzrəsullu kəndində qeydə alınıb. Kənd sakinləri - 1982-ci il təvəllüdlü Ə.Rzayev və 1984-cü il təvəllüdlü Z.Bayramov mübahisə zəminində bıçaq xəsarətləri alıblar.

Yaralıların hər ikisi xəstəxanaya yerləşdirilib. Onlardan Z.Bayramovun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi