Gədəbəy sakini avtomobillə qadını vuraraq öldürdü

Gədəbəy sakini avtomobillə qadını vuraraq öldürdü Gədəbəy rayonunda yol qəzası olub.
Hadisə
16 Mart , 2021 12:37
Gədəbəy sakini avtomobillə qadını vuraraq öldürdü

Gədəbəy rayonunda yol qəzası olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 15-də saat 15 radələrində Gədəbəy rayonunun Arıqıran kəndi ərazisində Qoşabulaq kənd sakini R.Sadıqov idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolu keçən Parakənd kənd sakini D.Hüseynovanı vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi