“Ganjlik Mall”da həyəcan siqnalı çalınıb

Hadisə
  • 20 iyun, 2017
  • 13:05
“Ganjlik Mall”da həyəcan siqnalı çalınıb

Bakı. 20 iyun. REPORT.AZ/ Bakıdakı “Ganjlik Mall”da insanlar arasında çaxnaşma düşüb.

“Report” xəbər verir ki, buna səbəb ticarət mərkəzində həyəcan siqnalının işə düşməsi olub.

“Ganjlik Mall”dan “Report”a bildirilib ki, işıqlar söndüyündən siqnal işə düşüb: “Proses 5-10 dəqiqə davam edib və hazırda məsələ həll olunub. Mall-ın içərisindən kimsə təxliyə olunmayıb. İşıqların sönməsi isə texniki səbəbdən baş verib”.

44 filmi