Göyçayda avtomobil aşıb, xəsarət alanlar var

Göyçayda avtomobil aşıb, xəsarət alanlar var Göyçay. 11 avqust. REPORT.AZ/ Göyçay rayonunda yol qəzası baş verib.
Hadisə
11 Avqust , 2018 16:55
Göyçayda avtomobil aşıb, xəsarət alanlar var

Göyçay. 11 avqust. REPORT.AZ/ Göyçay rayonunda yol qəzası baş verib.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Mirzəhüseynli kəndi ərazisində qeydə alınıb. 

Belə ki, "VAZ-2107" markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində sürücü, Kürdəmir rayonunun Şahsevən kənd sakini, 1963-cü il təvəllüdlü Ağadadaş Məmmədov və onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Kifayət Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki yaralı Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi