Füzulidə traktor minaya düşüb - YENİLƏNİB

Hadisə
  • 08 oktyabr, 2022
  • 17:49
Füzulidə traktor minaya düşüb - YENİLƏNİB

Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində təmir-tikinti işləri aparılarkən traktor partlamamış silah-sursata dəyərək partlayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, hadisə nəticəsində traktora maddi ziyan dəyib, lakin hər hansı bir şəxs xəsarət almayıb.

Bundan əvvəl Ağdam rayonu ərazisində təmir-tikinti işləri aparılarkən 2 nəfər şəxsin minaya düşməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub. Araşdırma zamanı daha bir şəxsin - 1983-cü il təvəllüdlü Səxavət Abduxalıqovun da xəsarət alması müəyyən edilib.

Hazırda hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

20:27

İşğaldan azad edilmiş Fizuli rayonunda yol-tikinti təsərrüfatında işləyən traktor minaya düşüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Nəticədə traktora ziyan dəyib və hər hansı şəxs xəsarət almayıb. Faktla bağlı araşdırma aparılır.