Füzulidə minalı sahədə yanğın başlayıb, əraziyə helikopter göndərilib
Hadisə
- 30 iyun, 2021
- 13:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Füzuli rayonunda geniş açıq sahədə və qismən meşə zolağında yanğın hadisəsi olub.
Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə rayonun Qacar kəndi yaxınlığında geniş açıq sahədə və qismən meşə zolağında (minalanmış ərazi, ərazinin bir hissəsi mürəkkəb quruluşlu dağlıq relyefə malikdir) yanğın olması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Aviasiya dəstəsinin helikopteri yanğınsöndürmə işlərinə cəlb edilib.
Əlavə məlumat veriləcək.
Son xəbərlər
15:25
Dövlət Komitəsinə cari ilin on ayı ərzində məişət zorakılığı ilə bağlı 499 müraciət daxil olub
Sosial müdafiə
15:25
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi məhkəmədən vaxt istəyib
Hadisə
15:24
Azərbaycanda "Temu"ya qarşı aparılan araşdırma başa çatıb
Biznes
15:16
Sudanın cənub-şərqində dron zərbələri nəticəsində 19 dinc sakin ölüb
Digər ölkələr
15:15
Lukaşenko Avropanın Rusiya-Ukrayna danışıqlarında iştirakını irəliləyiş adlandırıb
Digər ölkələr
15:14
Məhəmmədəli Osmanlı: "UFC-də əsas hədəfim kəmər qazanmaqdır"
Fərdi
15:11
AFFA "Şamaxı" və "Turan Tovuz"un məşqçilərini 3 oyunluq cəzalandırıb, klubları isə cərimələyib
Futbol
15:06
Sənan Hacıyev: Dövlət rüsumunun azaldılması məhkəmələrə müraciət imkanlarını genişləndirəcək
Daxili siyasət
15:00
Video
İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb
Xarici siyasət