Futbol üzrə Azərbaycan yığmasını Belfastdan gətirən təyyarə Bakıya dönüb
Hadisə
- 12 noyabr, 2016
- 15:46
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 12 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan millisini Şimali İrlandiyanın paytaxtı Belfast şəhərindən gətirən AZAL-a məxsus "Boeing 787 Dreamliner" təyyarəsi Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.
"Report"un xəbərinə görə, təxirə salınan uçuş Bakı vaxtı ilə saat 13:00-a nəzərdə tutulsa da, təyyarədəki nasazlığa görə daha bir saat yarım gecikib. Nəhayət, 5 saatlıq uçuşdan sonra təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.
Qeyd edək ki, futbol üzrə Azərbaycan yığması 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Şimali İrlandiya ilə oyundan dərhal sonra Bakıya qayıtmalı olsa da, təyyarədəki texniki nasazlıq səbəbindən uçuş təxirə salınıb.
Son xəbərlər
00:21
SEPAH ABŞ-nin Bəhreyndəki iki hərbi bazasının hədəf alındığını açıqlayıb - Yenilənib
Digər ölkələr
23:44
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Digər ölkələr
23:35
İranın Qərbi Azərbaycan vilayətində zəlzələ baş verib
Region
23:25
"ABC News": Hörmüzdə gəmilərə hücumların sayı maksimuma çatıb
Digər ölkələr
23:15
Türkiyədə iki avtomobil toqquşub, ölən və yaralananlar var
Region
22:57
London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib
Digər ölkələr
22:40
Foto
ABŞ investorları Qarabağ və Şərqi Zəngəzurun yatırım potensialını yaxından öyrənməkdə maraqlıdırlar
ASK
22:36
Video
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfərinin yekunlarına dair videoçarx paylaşılıb
Xarici siyasət
22:23
Aun: İranın müdaxiləsi və İsrail işğalı Livanın müstəqilliyinə maneədir
Digər ölkələr