FHN və “Azəriqaz”: “Bakıda binada qaz partlayışı olması barədə məlumat həqiqətə uyğun deyil”

FHN və “Azəriqaz”: “Bakıda binada qaz partlayışı olması barədə məlumat həqiqətə uyğun deyil” “Yanğının qaz təsərrüfatına aiddiyyəti yoxdur”
Hadisə
29 Yanvar , 2018 17:31
FHN və “Azəriqaz”: “Bakıda binada qaz partlayışı olması barədə məlumat həqiqətə uyğun deyil”

Bakı. 29 yanvar. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda yaşayış binasında qaz sızmasından yanğın baş verməsi barədə xəbərlərə aydınlıq gətirib.

FHN-dən "Report"a daxil olan məlumata görə, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində beşmərtəbəli yaşayış binasının blokunda mərtəbələr arasında 5 m2 sahədə məişət tullantıları yanıb: "Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Binada qaz partlayışı olması barədə məlumat həqiqətə uyğun deyil. Əlavə məlumat veriləcək".

“Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbalayev də “Report”a açıqlamasında bildirib ki, bu gün Nizami rayonu, Qara Qarayev prospekti 92 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasında baş verən yanğına səbəb məişət tullantıları olub. O deyib ki, yanğına səbəb qaz sızması olmayıb: “Hadisə məişət tullantılarının yanması səbəbindən baş verib. Yanğının qaz təsərrüfatına aiddiyyətə yoxdur və hər hansı qaz sızması qeydə alınmayıb”.

Son xəbərlər

Orphus sistemi