FHN Qazaxda baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb

FHN Qazaxda baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb “OPEL”də sıxılmış vəziyyətdə qalmış 3 nəfərin və İsmayılova Səadətin cəsədi təhvil verilib
Hadisə
19 Aprel , 2017 02:48
FHN Qazaxda baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb

Bakı. 19 aprel. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) Qazax rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

"Report" FHN-in saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qazax rayonu ərazisində “MİTSUBİSHİ” markalı minik avtomobilin “OPEL” markalı minik avtomobili ilə toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq “OPEL” markalı minik avtomobilində xəsarət alaraq sıxılmış vəziyyətdə qalmış 3 nəfəri və 1992-ci il təvəllüdlü İsmayılova Səadət Məcid qızının cəsədini çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.

Əməliyyat saat 23:01-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi