Novxanı bağlarında baş verən partlayışla bağlı araşdırma aparılır.
"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb.
Bildirilib ki, Novxanı bağlar massivindəki partlayışda dağıntılar altından iki nəfər sağ çıxarılıb, xəstəxanaya yerləşdirilib və axtarış-xilasetmə əməliyyatı sona çatıb.
Faktla bağlı FHN-in Əməliyyat-istintaq idarəsində araşdırma aparılmaqla partlayışların səbəbinin, əhəmiyyət kəsb edən digər halların müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Novxanıda partlayış zamanı xəsarət alan şəxslər mərhum şahmat ustası Vüqar Həşimovun valideynləridir.
"Report"un yerli bürosunun xəbərinə görə, FHN-in xilasediciləri tərəfindən dağıntılar altından Qasım Həşimov və Aidə Həşimova sağ çıxarılaraq adiyyəti üzrə təhvil veriliblər.
TƏBİB-dən "Report"a bildirilib ki, Novxanıda fərdi yaşayış evində partlayış baş verməsi səbəbindən dekabrın 3-də saat 08:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Hadisə yerinə iki təcili tibbi yardım briqadası cəlb edilib.
"Hadisə nəticəsində xəsarət alan iki nəfər Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub. Reanimasiya şöbəsinə yerləşdirilən 1949-cu il təvəllüdlü şəxsə hər iki aşağı ətrafın və sifətin I, II, III dərəcəli yanığı, 1959-cu il təvəllüdlü şəxsə isə sol bud sümüyünün sınığı, sol əlin yarası diaqnozları təyin edilib. Onların müalicələri davam etdirilir, vəziyyətləri ağırdır", - məlumatda qeyd olunub.
Novxanıda fərdi yaşayış evində partlayış baş verib və dərhal əraziyə nazirliyin qüvvələri cəlb olunub.
Bu barədə "Report"a FHN-dən məlumat verilib.
Bildirilib ki, xilasedicilərin həyata keçirdiyi operativ axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntılar altından iki nəfər sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Abşeron rayonunun Novxanı kəndində baş vermiş partlayışda bir nəfər dağıntılar altından xilas edilib.
Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
“Novxanıda fərdi yaşayış evində partlayış baş verib və dərhal əraziyə nazirliyin qüvvələri cəlb olunub. Axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntı altından bir nəfər sağ çıxarılaraq xilas edilib", - məlumatda qeyd olunub..