FHN-in keçmiş vəzifəli işçisi barəsində cinayət işinin materialları məhkəməyə göndərilib

FHN-in keçmiş vəzifəli işçisi barəsində cinayət işinin materialları məhkəməyə göndərilib Bakı. 4 dekabr. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin silahlanma bölməsinin keçmiş rəisinin köməkçisi Gürsel Seyidovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
4 Dekabr , 2018 14:01
FHN-in keçmiş vəzifəli işçisi barəsində cinayət işinin materialları məhkəməyə göndərilib

Bakı. 4 dekabr. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin silahlanma bölməsinin keçmiş rəisinin köməkçisi Gürsel Seyidovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un məlumatına görə, G.Seyidov barəsində toplanmış cinayət işinin materialları baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rauf Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin ediləcək.

Qeyd edək ki, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin silahlanma bölməsinin keçmiş rəisinə qarşı Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 312.2-ci( vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi