Evə basqın edərək bir nəfəri öldürməkdə, 2 nəfərə xəsarət yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Evə basqın edərək bir nəfəri öldürməkdə, 2 nəfərə xəsarət yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb Vəsatət təmin edilməyib
Hadisə
19 Oktyabr , 2017 11:01
Evə basqın edərək bir nəfəri öldürməkdə, 2 nəfərə xəsarət yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakı. 19 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda evə basqın edərək bir nəfəri qətlə yetirib, 2 nəfərə xəsarət yetirməkdə təqsirləndirilən Sənan Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirlən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə təqsirləndirilən şəxs vəsatət qaldıraraq bildirib ki, ibtidai istintaq dövründə cinayət işi düzgün aparılmayıb: "Qətlə yetirdiyim qadın həyat yoldaşım idi, lakin cinayət işində qeyd edilib ki, guya həmin qadın sevgilimdir. Cinayət işimin ibtidai istintaqa qaytarılmasını və orada yenidən araşdırılmasını istəyirəm".

Vəsatət təmin edilməyib.

Məhkəmənin baxış iclası oktyabrın 31-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il iyunun 23-də gecə saatlarında Bakının Yasamal rayonu, İbrahim Əbilov 60 ünvanında (keçmiş "Sovetski") baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Həsənova Mətanət Ağamalı qızına məxsus evdə kirayə qalan 1989-cu il təvəllüdlü Əliyeva Mahirə Tofiq qızının keçmişdə münasibətdə olduğu S.Məmmədov 3 nəfərlə birlikdə həmin evə gəlib. S.Məmmədov və M.Əliyeva arasında şəxsi zəmində yaranmış münaqişəyə ev sahibəsi və onun oğlu 1991-ci il təvəllüdlü Həsənov Laçın Gülbala oğlu müdaxilə etmək istəyiblər. S.Məmmədov əvvəlcə ev sahiblərinə, daha sonra M.Əliyevaya bıçaq xəsarətləri yetirib.

Yaralılar 1 saylı kliniki tibbi mərkəzə yerləşdiriliblər. M.Əliyeva xəstəxanada ölüb.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü S.Məmmədov saxlanılıb.

Son xəbərlər

Orphus sistemi