Əmisi oğlunu öldürən şəxs məhkəmədə ifadə verib: "Söyüşə görə onu bıçaqladım"

Əmisi oğlunu öldürən şəxs məhkəmədə ifadə verib: "Söyüşə görə onu bıçaqladım" Bakı. 12 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində əmisi oğlunu qətlə yetirməkdə təqsirləndirilən Rəşad İsgəndərovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
12 Mart , 2018 16:30
Əmisi oğlunu öldürən şəxs məhkəmədə ifadə verib: Söyüşə görə onu bıçaqladım

Bakı. 12 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində əmisi oğlunu qətlə yetirməkdə təqsirləndirilən Rəşad İsgəndərovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihamda qeyd edilib ki, R.İsgəndərov ötən il Xəzər rayonunun Türkan qəsəbəsində birlikdə fəhlə işləyən əmisi oğlu Pərviz İsgəndərovun ürək nahiyəsindən bir bıçaq zərbəsi vuraraq qətlə yetirib.

Hadisəyə səbəb isə söyüş olub. Hər iki əmioğlu spirtli içkinin təsirindən bir-birini söyüblər. Bundan sonra R.İsgəndərov əmisi oğlunu öldürüb.

İttihama münasibət bildirən R.İsgəndərov özünü təqsirli bildiyini deyib. O, məhkəmədə sərbəst ifadə verən zaman söyləyib ki, hadisə söyüş üstündə olub: "Söyüş söydüyünə görə onu bıçaqla vurdum".

Daha sonra zərərçəkmişin hüquqi varisi Məzahir İsgəndərov dindirilib. O, qətlə yetirilən şəxsin oğlu olduğunu vurğulayıb: "Rəşadı bağışlayıram. Allah mənə vaxt versin onun çıxmağını gözləyirəm".

Bu zaman hakimlər onun sözünü kəsiblər.

Məhkəmə iclası martın 29-na təyin edilib.

Qeyd edək ki, R.İsgəndərov Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham edilir.

Son xəbərlər

Orphus sistemi