Əli Kərimlinin şikayəti ilə bağlı məhkəmə qərarı açıqlandı

Əli Kərimlinin şikayəti ilə bağlı məhkəmə qərarı açıqlandı ​​​​​​​Bakı Apelyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Əli Kərimlinin şikayətinə baxılıb.
Hadisə
15 Sentyabr , 2020 12:16
Əli Kərimlinin şikayəti ilə bağlı məhkəmə qərarı açıqlandı
Əli Kərimli

Bakı Apelyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin şikayətinə baxılıb.

“Report”un xəbərinə görə, hakim Şərafət Məmmədovanın sədrlik etdiyi iclasda qərar elan edilib.

Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd edək ki, AXCP üzvlüyündən xaric edilmiş Əliyev Aydın Sədətqulu oğlu “ümumi yığıncağın qərarının ləğv edilməsi, AXCP üzvlüyünə və AXCP Nəzarət Təftiş Komissiyasının sədri vəzifəsinə bərpa olunması” iddiası ilə Nəsimi Rayon Məhkəməsində qaldırdığı iddia iyun ayında təmin edilib. Əli Kərimli həmin qərardan şikayət verib.

Xatırladaq ki, Aydın Əliyev Nəsimi Rayon Məhkəməsində verdiyi ifadəsində bildirib ki, 1995-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyasında fəaliyyət göstərib, 27 sentyabr 2015-ci ildə AXCP-nin qurultayında Nəzarət Təftiş Komissiyasına üzv, sonra sədr seçilib. Onun sözlərinə görə, NTK sədri seçilməsi Əli Kərimlinin ürəyincə olmayıb və onun normal fəaliyyətinə imkan verməyib.

AXCP Ali Məclisinin Rəyasət Heyətinin ümumi yığıncağının 10 iyun 2019-cu il tarixli qərarı ilə A.Əliyev partiya sıralarından kənarlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi