Yuxarı

​Əli Kərimlinin müşavirinin məhkəməsi keçirilib

Məhkəmənin növbəti iclası 29-na təyin edilib

Bakı. 22 yanvar. REPORT.AZ/ Bu gün Nərimanov Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, hakim Turqay Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Yalçın İmanov iki vəsatətlə çıxış edib. Vəsatətlər təmin edilməyib.

Məhkəmənin növbəti iclası yanvarın 29-na təyin edilib.

Qeyd edək ki, Məmməd İbrahim ötən il AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə 2015-ci il sentyabrın 30-da həbs olunub. Əvvəlcə ona qarşı Cinayət Məcəlləsinin (CM) 221.1-ci (xuliqanlıq) maddəsiylə ittiham irəli sürülüb. Hadisədən bir ay sonra daha iki nəfər - Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı Məmməd İbrahim onları da vurub. Bundan sonra Məmməd İbrahimə qarşı ittiham irəli sürülən maddə ağırlaşdırılaraq CM-nin 221.2.2-ci maddəsinə tövsif olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi