Əli Kərimlinin köməkçisinin apellyasiya şikayəti üzrə məhkəməsinin vaxtı məlum olub

Əli Kərimlinin köməkçisinin apellyasiya şikayəti üzrə məhkəməsinin vaxtı məlum olub İşə hakim Faiq Qasımovun sədrliyi ilə baxılacaq
Hadisə
14 Yanvar , 2017 11:34
Əli Kərimlinin köməkçisinin apellyasiya şikayəti üzrə məhkəməsinin vaxtı məlum olub

Bakı. 14 yanvar. REPORT.AZ/ AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirlinin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı qərardan verilən apellyasiya şikayəti üzrə üzrə məhkəmənin vaxtı məlum olub.

Bu barədə "Report"a vəkil Aqil Layicov məlumat verib.

Onun sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas yanvarın 16-na təyin edilib.

İşə hakim Faiq Qasımovun sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, Nəsimi Rayon Məhkəməsində F.Əmirlinin barəsində seçilmiş həbs qətimkan tədbiri iki ay müddətinə uzadılıb.

Qeyd edək ki, F.Əmirli ötən il avqustun 20-də saxlanılıb. Saxlanılarkən ona qarşı Cinayət Məcəlləsinin 283.1-ci (milli, irqi,sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddəsi üzrə ittiham irəli sürülüb. Onun barəsində şübhəli şəxs qismində 48 saatlıq saxlanılma qərarı verilib.

Daha sonra F.Əmirliyə qarşı Cinayət Məcəlləsinin 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Onun avtomobilindən Fətullah Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənə aid kitablar tapılıb.

Son xəbərlər

Orphus sistemi