Penitensiar Xidmət Əli İnsanov barəsində yazılanlara münasibət bildirib - YENİLƏNİB

Penitensiar Xidmət Əli İnsanov barəsində yazılanlara münasibət bildirib - YENİLƏNİB Ona qarşı yeni ittihamlar irəli sürdüyü iddia olunur
Hadisə
7 İyun , 2016 16:01
Penitensiar Xidmət Əli İnsanov barəsində yazılanlara münasibət bildirib - YENİLƏNİB

Bakı. 7 iyun. REPORT.AZ/ Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanova qarşı yeni ittiham irəli sürülür.

“Report”un xəbərinə görə, bu barədə vəkil Namizəd Səfərov özünün facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, Ə.İnsanova qarşı hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə maddələri ilə ittiham irəli sürülür.

Qeyd edək ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həsb edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum olunub.

Bir neçə ay sonra sabiq nazirin 11 illik həbs cəzası bitəcəkdi. Ona qarşı irəli sürülən yeni ittihamlarla Ə.İnsanova verilən həbs cəzası daha bir neçə il artırıla bilər. Belə ki, Cinayət Məcəlləsinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən şəxsləri üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, keçmiş səhiyyə naziri Əli İnsanova qaşı yeni ittiham irəli sürülməsi barədə məlumatlar həqiqətə uyğun deyil.

Son xəbərlər

Orphus sistemi