Ələt-Astara yolunda qəza baş verib, bir qadın yaralanıb

Ələt-Astara yolunda qəza baş verib, bir qadın yaralanıb Qəza zamanı iki minik avtomobili toqquşub
Hadisə
11 Noyabr , 2017 23:20
Ələt-Astara yolunda qəza baş verib, bir qadın yaralanıb

Biləsuvar. 11 noyabr. REPORT.AZ/ Biləsuvarda yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Biləsuvar rayonundan keçən hissəsində, döngədə qeydə alınıb.

Qəza zamanı "VAZ 2109" markalı avtomobillə digər minik avtomobili toqquşub. Nəticədə bir nəfər sərnişin, Lənkəran rayonu Vilva kənd sakini, 1966-cı il təvəllüdlü Məhərrəmova Şahidə Ağakişi qızı müxtəlif bədən xəsarətləri alıb. Yaralı qadın Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi