Lənkəranda toydan qayıdarkən yol qəzasında xəsarət alanlardan biri dünyasını dəyişib - FOTO - YENİLƏNİB-3

Lənkəranda toydan qayıdarkən yol qəzasında xəsarət alanlardan biri dünyasını dəyişib - FOTO - YENİLƏNİB-3 Həkimlər yaralını əməliyyat etsələr də, həyatını xilas edə bilməyiblər
Hadisə
30 Avqust , 2016 03:01
Lənkəranda toydan qayıdarkən yol qəzasında xəsarət alanlardan biri dünyasını dəyişib  - FOTO - YENİLƏNİB-3

Lənkəran. 30 avqust. REPORT.AZ/ Avqustun 29-da Lənkəran rayonunda baş verən ağır yol qəzasında yaralanan 5 nəfərdən biri dünyasını dəyişib.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasından "Report"un Cənub bürosuna verilən məlumata görə, bu, qəzaya səbəb olan "VAZ 2107"nin sürücüsü, Lerik rayonunun Piran kənd sakini, 1965-cü il təvəllüdlü Məmmədov Əlimərdan Ayaz oğludur.

Həkimlər yaralını əməliyyat etsələr də, həyatını xilas edə bilməyiblər.

***01:09

Avqustun 29-da Lənkəran rayonunda baş verən ağır yol qəzasının təfərrüatları məlum olub.

"Report"un Cənub bürosu xəbər verir ki, qəza "VAZ 2107" markalı minik avtomobilinin ikinci dərəcəli yoldan "Kamaz"ın sürətlə hərəkətdə olduğu əsas yola çıxması nəticəsində baş verib.

Qəza nəticəsində xəsarət alanların şəxsiyyəti də məlum olub:

Sürücülər:

- Bakının Qaradağ rayon sakini, 1984-cü il təvəllüdlü Dəmirov İlham Rəşad oğlu ("Kamaz"ın sürücüsü)

- Lerikin Piran kənd sakini, 1965-cü il təvəllüdlü Məmmədov Əlimərdan Ayaz oğlu ("VAZ 2107"nin sürücüsü). Hazırda əməliyyata alınıb.

Sərnişinlər:

- Lerik rayonu Bobla kənd sakini, 1966-cı il təvəllüdlü Quliyeva Həqiqət Allahverdi qızı, vəziyyəti orta ağırdır.

Ambulator yardım göstərilib:

Hüseynov Vilayət Tahir oğlu,

Hüseynova Günəş Tahir qızı,

Kazımov Qismət Zeynal oğlu.

Onların hər üçü Lerik rayonu Bobla kənd sakinidir.

***23:53

Lənkəran. 29 avqust. REPORT.AZ/ Ələt-Astara yolunun 202-ci km-də, Lənkəranın Şiləvar kəndi ərazisində ağır yol qəzası baş verib.

"Report"un Cənub bürosunun məlumatına görə, qəza "42-BJ-253" dövlət qeydiyyat nişanlı "VAZ-2107" və "90-BE-061" dövlət qeydiyyat nişanlı "KamAZ" markalı bitium daşıyan avtosisternin toqquşması nəticəsində qeydə alınıb.

Qəza nəticəsində 5 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralılardan ikisinin vəziyyəti daha ağırdır.

Məlumata görə, yük maşınını Bakının Qaradağ rayon sakini, 1984-cü il təvəllüdlü Dəmirov İlham Rəşad oğlu idarə edib. Digər sürücünün adı hələ ki, məlum deyil.

Şahidlərin sözlərinə görə, qəza "Jiquli"nin qarşı hərəkət yolağına çıxması nəticəsində baş verib.

Son xəbərlər

Orphus sistemi