Bakı ŞİH başçısı: “Xətaidə yanğının səbəbini yalnız ekspertizadan sonra demək mümkün olacaq”

Bakı ŞİH başçısı: “Xətaidə yanğının səbəbini yalnız ekspertizadan sonra demək mümkün olacaq” “Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanğının niyə baş verdiyini yalnız ekspertizadan sonra demək mümkün olacaq”.
Hadisə
24 İyul , 2023 23:10
Bakı ŞİH başçısı: “Xətaidə yanğının səbəbini yalnız ekspertizadan sonra demək mümkün olacaq”

“Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanğının niyə baş verdiyini yalnız ekspertizadan sonra demək mümkün olacaq”.

“Report” xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov jurnalistlərə açıqlamasında deyib.

“Bütün dünyada yay aylarında isti havada belə hadisələrlə rastlaşmaq olar. Bu il alimlər tərəfindən planetimizdə ən yüksək temperaturun qeydə alındığını nəzərə almalıyıq. Mən bunun qlobal istiləşmə ilə bağlı hadisə olduğunu deməzdim. Hadisənin niyə baş verdiyini yalnız ekspertizadan sonra demək mümkündür”, - E.Əzizov vurğulayıb.

Qeyd edək ki, hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb edilib.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi