DYP Qubada reyd keçirib, 40-dan çox sürücü cərimələnib - FOTO

DYP Qubada reyd keçirib, 40-dan çox sürücü cərimələnib - FOTO Reydlərin mütəmadi keçirilməsi planlaşdırılır
Hadisə
10 May , 2017 13:45
DYP Qubada reyd keçirib, 40-dan çox sürücü cərimələnib - FOTO
Report.az

Quba. 10 may. REPORT.AZ/ Quba Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi  Bölməsinin (DYPB) əməkdaşları rayon ərazisində reyd keçirib. 

“Report”un Şimal bürosu xəbər verir ki, rayonun bir neçə ərazisində 3 saat ərzində keçirilən reyd zamanı 40-dan çox yol hərəkəti qaydalarının pozulması faktı aşkarlanıb. Onlardan biri avtomobili sərxoş vəziyyətdə idarə edən, biri sürücülük vəsiqəsi olmayan, beşi sərnişin daşıma qaydalarını pozan, biri fərqlənmə nişanı olmadan taksi fəaliyyəti ilə məşğul olan və digər yol hərəkəti qaydalarını pozan sürücülər olub. 

Reydin keçirilməsində əsas məqsəd yol-nəqliyyat hadisələrinin qarşısını almaq və yollarda təhlükəsizliyin təmin olunmasıdır. 

Reydlərin mütəmadi keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi