DYP Lənkəranda avtobus sürücülərinə qarşı reyd keçirib - FOTO

DYP Lənkəranda avtobus sürücülərinə qarşı reyd keçirib - FOTO Bakı. 11 oktyabr. REPORT.AZ/ Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən sərnişindaşıma sahəsində təhlükəsizliyin təmin edilməsi, ictimai nəqliyyat sahəsində nizam-intizamın yaradılması məqsədi ilə rayon ərazisində reyd təşkil edilib.
Hadisə
11 Oktyabr , 2018 11:43
DYP Lənkəranda avtobus sürücülərinə qarşı reyd keçirib - FOTO

Bakı. 11 oktyabr. REPORT.AZ/ Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən sərnişindaşıma sahəsində təhlükəsizliyin təmin edilməsi, ictimai nəqliyyat sahəsində nizam-intizamın yaradılması məqsədi ilə rayon ərazisində reyd təşkil edilib.

Bu barədə "Report"a DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Məlumatda bildirilib ki, sərnişindaşımada istifadə olunan iri və kiçik tutumlu avtobuslarla bağlı keçirilən reyd zamanı bir çox pozuntu halları aşkar edilib. Normadan xeyli artıq sayda sərnişin daşıyan, qanunvericilikdə müəyyən edilmiş qaydada texniki baxışdan keçməyən, istismara yararsız, əlavə avadanlıqlar quraşdırılmış, sərnişindaşıma ilə məşğul olmaq üçün fərqlənmə nişanı olmayan iri və kiçik tutumlu avtobuslar aşkarlanaraq onların sürücüləri barədə qanunamüvafiq tədbirlər görülüb.

Reyd zamanı həmçinin sərnişindaşıma ilə məşğul olan sürücülərə normativ aktlar və qaydalar izah olunaraq bildirilib ki, əsasən ümumi istifadədə olan hər bir nəqliyyat vasitəsi işdən sonra mütləq şəkildə qaraja aparılmalı, nəqliyyat vasitəsi texniki cəhətdən yoxlanılıb, nasazlıq varsa aradan qaldırılıb, növbəti gün xəttə buraxılmaldır. Sürücülər isə hər gün xəttə çıxmazdan əvvəl tibbi müayinədən keçirilməlidirlər.

Qayda pozuntularına yol verən sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlər bundan sonra da davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi