DTX-nın tutduğu İŞİD-çilərin məhkəməsinin baxış iclası davam etdirilib

DTX-nın tutduğu İŞİD-çilərin məhkəməsinin baxış iclası davam etdirilib Məhkəmənin növbəti iclası noyabrın 14-nə təyin edilib
Hadisə
4 Noyabr , 2016 14:35
DTX-nın tutduğu İŞİD-çilərin məhkəməsinin baxış iclası davam etdirilib

Bakı. 4 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz hərbi birləşmələrin tərkibində döyüşməkdə təqsirləndirilənlər Orxan Adiyev, İbad Muxtarov, Məhəbbət Abdullayev və Nizami Mahmudovun cinayət işi üzrə məhkəmənin baxış iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası noyabrın 14-nə təyin edilib.

Qeyd edək ki, bu il fevral ayının 12-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı məlumata görə, DTX əməkdaşları tərəfindən həyata keçirilmiş son istintaq-əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin yaradılmasında və fəaliyyətində iştirak etmə, onları döyüş sursatı və əsgəri ləvazimatla təchiz etmə, dini düşmənçilik zəminində ölkə hüdudlarından kənarda hərbi təlimlər keçmə, silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsində şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları - O.Adiyev, İ.Muxtarov, M.Abdullayev və N.Mahmudov saxlanılıblar. Müəyyən edilib ki, həmin şəxslər 2012-2015-ci illər ərzində qeyri-qanuni yollarla Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisinə keçiblər. Onlar həmin dövlətlərin ərazisində qanunsuz fəaliyyət göstərən "İslam dövləti (İŞİD)" və digər terrorçu təşkilatların, eləcə də başqa qanunsuz silahlı birləşmələrin tərkibində radikal dini və hərbi təlimlər keçib, müxtəlif növ odlu silahlardan istifadə təcrübəsinə yiyələniblər. Təlimlər başa çatdıqdan sonra onlar Suriya və İraq ərazisində sabit terrorçu və digər qanunsuz silahlı birləşmələrin tərkibində hərbi əməliyyatlarda və döyüşlərdə iştirak ediblər. O.Adiyev, İ.Muxtarov, M.Abdullayev və N.Mahmudov cinayət əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbirləri seçilib.

Son xəbərlər

Orphus sistemi